Ruben Amorimlə yollarını ayıran "Mançester Yunayted" müvəqqəti baş məşqçi axtarışlarını davam etdirir.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas namizədi Ule Qunnar Sulşerdir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Arıtqq tərəflər arasında ilkin danışıqlar olub. Norveçli mütəxəssis mövsümün sonuna kimi komandanı çalışddırmağa isti yanaşır.
Qeyd edək ki, Ule Qunnar Sulşer 2019-2021-ci illərdə "Mançester Yunayted"in baş məşqçisi vəzifəsində çalışıb. 52 yaşlı çalışdırıcının son iş yeri isə "Beşiktaş" olub.
saytlarin hazirlanmasi
