"Borussiya"nın müdafiəçisi Niko Şlotterbek karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Kral klubu" Şlotterbek üçün dortmundlulara 30-35 milyon avro və Qonsalo Qarsiyanı təklif etməyi planlaşdırır.
Qeyd edək ki, Niko Şlotterbek bu mövsüm "Borussiya"nın heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 26 yaşlı mərkəz müdafiəçisinin Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
