"Fiorentina"nın müdafiəçisi Dodo İtaliya A Seriyasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "İnter" braziliyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Matteo Moretto məlumat yayıb.
"Neradruzzi" 27 yaşlı sağ cinah müdafiəçisi üçün yaxın günlərdə onun klubu ilə danışıqlara başlaamağı planlaşdırır.
Qeyd edək ki, Dodo bu mövsüm "Fiorentina"nın heyətində keçirdiyi 25 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliya millisinin üzvünün Florensiya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
