"Qalatasaray"dan ayrılan Berkan Kutlunun yeni komandası bəlli olub.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Konyaspor"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla "6 ay+1 il" şərti ilə müqavilə imzalanıb.
Berkan karyerası ərzində “Sion”, “Alanyaspor” və "Cenoa" klublarında oynayıb.
saytlarin hazirlanmasi
