Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Berkan Kutlu ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyə millisinin sabiq üzvü ilə mövsümün sonunda başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 27 yaşlı yarımmüdafiəçinin "Konyaspor"a keçəcəyi gözlənilir.
Qeyd edək ki, "Qalatasaray" Berkan Kurlunu 2021-ci ilin yayında "Alanyaspor"dan 4 milyon avroya transfer etmişdi. Təcrübəli futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
