Braziliyalı hücumçu klubunu dəyişdi

20:58 - 3 Yanvar 2026

Braziliyalı hücumçu Qabriel Barbosa ölkəsində klubunu dəyşib.

Sportal.az xəbər verir ki, "Kruzeyro" 29 yaşlı forvardı "Santos"a icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qabiqol" ləqəbli futbolçu 2026-cı ilin sonunadək "ağ-qaralar"ın formasını geyinəcək.

Qeyd edək ki, Qabriel Barbosa "Santos"un yeetirməsidir. Braziliya millisinin sabiq üzvü karyerası ərzində "İnter", "Benfika" və "Flamenqo"da da çıxış edib.

Xəbər xətti