Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 finala yüksələn daha iki kollektiv məlum olub.
Sportal.az xəbər verir ki, Mərakeş və Kamerun milliləri 1/8 final görüşlərini qələbə ilə başa vurublar. Meydan sahibləri Tanzaniya seçməsinə minimal hesabla qalib gəliblər - 1:0. "Şamaxı"nın futbolçusu Alfons Msanqa tanzaniyalıların heyətində 83 dəqiqə meydanda olub.
Kamerun futbolçuları isə Cənubi Afrika Respublikası komandasını 2:1 hesabı ilə məğlub edib. Xatırladaq ki, daha əvvəl Seneqal və Mali 1/4 finala vəsiqə qazanıb. Turnir yanvarın 18-də yekunlaşacaq.
saytlarin hazirlanmasi
