"Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev azərbaycanlı məşqçi Etibar İbrahimov ilə birlikdə OBASA Oyunları 2025 turniri çərçivəsində Nigeriyaya səfər edib.
Sportal.az saytına açıqlama verən Aftandil Hacıyev səfər təəssüratlarını bölüşüb:
"Düzü, təklif onlardan gəlmişdi. "Qarabağ" klubu ilə əməkdaşlığa maraq göstərirlər, gənc istedadları bizə göstərməyə maraqlı idilər.
Bir həftə orada qaldıq. Həm turniri izlədik, həm də seleksiya xarakterli oyunlarda iştirak etdik. Nigeriyada 400-ə yaxın futbolçuya baxdım, 7-8 oyunçunu gözüm tutdu. Söhbət 17-18 yaşlılardan gedir. Bəyəndiyimiz uşaqları Bakıya dəvət etmək fikrindəyik. Onları bir də burada sınamaq yaxşı olardı.
Aralarında elələri var, U-19 komandamıza cəlb etməyimiz mümkündür. Ola bilər ki, bir neçəsini götürüb I Liqa klublarına təklif edək. Məncə, bu əməkdaşlıq səmərəli olacaq".
Qeyd edək ki, səfər çərçivəsində Aftandil Hacıyev yerli futbol klublarının rəhbər və məşqçi heyətləri ilə də görüşlər keçirib.
saytlarin hazirlanmasi
