"Liverpul"dan 50 milyon avroluq müdafiəçi transferi

18:33 - 3 Yanvar 2026

İngiltərənin "Liverpul" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Brügge"də çıxış edən Coel Ordonesin keçidini həll edib. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

"Liverpul" ekvadorlu mərkəz müdafiəçisi üçün Belçika klubuna 50 milyon avro təzminat ödəyəcək. 21 yaşlı futbolçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, "Bregge" Coel Ordonesi 2022-ci ilin yayında ölkəsinin "İndependyente" klubundan transfer edib. Gənc müdafiəçi bu mövsüm "göy-qaralar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti