“Yuventus”un baş məşqçisi Lusiano Spalletti klubla müqaviləsinin uzadılması ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az DAZN-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis uzunmüddətli sözləşməyə ehtiyac duymadığını bildirib:
“Əgər uzunmüddətli müqavilə ilə bağlı özüm üçün əlavə təminata ehtiyacım olsaydı, bunu hələ əvvəlcədən baş direktor Damien Komolli ilə danışarkən müzakirə edərdim. Buna ehtiyac duymadım, hər şey məni qane edir. Mənə yalnız gördüyüm işdən və meydanda, eləcə də meydandan kənarda mənimlə əməkdaşlıq edən insanlardan yaxşı hisslər lazımdır. Burada öz rollarına və işlərinə hörmət edən son dərəcə peşəkar insanlarla qarşılaşdım. Bizim ortaq məqsədlərimiz var. Əsas hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Bu istiqamətdə çalışırıq. İyun ayında “Yuventus”un və onun azarkeşlərinin xeyrinə görülən işləri dəyərləndirəcəyik. Əgər hər kəsi hər şey qane edərsə, onda əlavə məsələləri müzakirə edə bilərik. Hazırda mənə bundan artıq heç nə lazım deyil”.
Qeyd edək ki, Lusiano Spaletti ötən ilin oktyabr ayında "Yuventus"un baş məşqçisi postuna təyin olunub. 66 yaşlı çalışdırıcının klubla müqaviləsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi
