Vernidubun "Neftçi" ilə müqaviləsində xüsusi bənd - Rusiyaya görə

12:16 - 3 Yanvar 2026

“Neftçi”nin baş məşqçisi Yuri Vernidubla bağlanan müqaviləyə xüsusi bənd əlavə olunub.

Sportal.az xəbər verir ki, sözləşməyə əsasən, Bakı təmsilçisi Rusiya klubları ilə yoldaşlıq oyunları keçirə bilməz. Bu barədə "TaToTake" yutub kanalı məlumat yayıb.

Eyni zamanda, "ağ-qaralar"ın heyətinə rusiyalı futbolçuların transfer olunması da qadağan edilib.

Qeyd olunur ki, bu şərtlər məhz Vernidubun tələbi ilə müqavilədə yer alıb. Ukraynalı mütəxəssis bu mövqeyi ilə Rusiyaya qarşı prinsipial yanaşmasını bir daha ortaya qoyub.

Xəbər xətti