"Liverpul"un futbolçusu Məhəmməd Salah karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, misirli vingerin "Real"a keçmək ehtinalı var. Bu barədə "Defensa Central" nəşri məlumat yayıb.
Salahın meneceri onu "kral klubu"na təklif edib. Madrid təmsilçisi 33 yaşlı ön xətt oyunçusunu 6 aylıq icarəyə götürmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Lliverpul"un heyətində meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
