PSJ-nin müdafiəçisi Lukas Beraldo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Beraldonu icarəyə götürməyi planlaşdırır. "Qara qartallar" 22 yaşlı mərkəz müdafiəçisi üçün yaxın günlərdə hərəkətə keçəcək.
Qeyd eədk ki, Lukas Beraldo bu mövsüm PSJ-nin heyətində 10 rəsmi matçda 1 qol vurub. Onun Fransa klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi
