"Sabah" "Rubin"in futbolçusunun transfer hüquqlarına yiyələnəcək

14:36 - 3 Yanvar 2026

"Sabah" "Rubin"dəmn icarəyə götürdüyü Umarali Rahmonaliyevlə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, Azərbaycan klubu özbəkistanlı yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnəcək. Bu barədə "Sport-Ekspress" nəşri məlumat yayıb.

Rahmonaliyev Masazır təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd edək ki, "Sabah" Umarali Rahmonaliyevi 2025-ci ilin yanvar ayında icarəyə götürüb. Futbolçu komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti