"Austria"nın müdafiəçisi İfeanyi Ndukve karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Liverpul" avstriyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. 17 yaşlı mərkəz müdafiəçisi iyul ayında "qırmızılar"ın düşərgəsinə qoşulacaq.
İfeanyi Ndukve "Austria"nın yetirməsidir. Gənc oyunçu Vyana təmsilçisinin U-19 komandasında çıxış edir.
Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 29 yanvar tarixində İngiltərədə baş tutacaq.
saytlarin hazirlanmasi
