Qurban Qurbanovun sərtliyi, sistemin işləkliyi - Mateuş Koxalski onun tələbkarlığından danışıb

15:17 - 3 Yanvar 2026

Bizim gözümüzdə adiləşsə də, bir Azərbaycan klubunun uzun illərdir belə nəticələr göstərməsi böyük hadisədir. İllər keçir, gələnlər gedir, amma "Qarabağ" yoluna davam edir. Çünki bu bir sistemdir. Futbolçuların səviyyəsi vacibdir, amma uğuru şərtləndirən ayrı-ayrı futbolçuların səviyyəsi yox, sistemin işləkliyidir. 

Bu mövsüm "Qarabağ"da ön plana çıxan Mateuş Koxalski müsahibəsində Qurban Qurbanovdan danışıb. Onun çox sərt və tələbkar olduğunu deyib. Sözlərinə onu da əlavə eləyib ki, məhz Qurbanovun bu keyfiyyətləri hesabına "Qarabağ" yüksək səviyyədə çıxış edir. 

Qurban Qurbanov bu mənada həqiqətən də unikal məşqçidir. Hamı bilir ki, Qurban bəy işində çox ciddi, nizam-intizama xüsusi önəm verən mütəxəssisdir. Elə məişət həyatında da ağırtəbiət adamdır. Amma bu keyfiyyətlərinə rəğmən, onun barəsində neqativ danışan, hətta ölkəmizdən gedəndən sonra mənfi fikir söyləyənlərə rast gəlməmişik. Yəqin ki, hansısa narazılıqlar olub. İş prosesində belə hallar baş verir. 

Amma Qurban Qurbanov tək qazandığı nəticələrlə yox, həm də davranış, komandanı idarəetmək bacarığıyla bir nümunədir məşqçilərimiz üçün. Onun uğurları və işə yanaşması göstərir ki, yalnız biliklə yaxşı məşqçi olmaq azdır. Yaxşı mütəxəssis hərtərəfli olmalıdır. Koxalskinin dediyi kimi...

Həmid

Xəbər xətti