"Qarabağ"ın təklifini qəbul etmədi - bu klubla anlaşdı

18:06 - 3 Yanvar 2026

Mərakeşli futbolçu Xalid Baba "Qarabağ"ın təklifini qəbul etməyib.

Sportal.az xəbər verir ki, "Difaa"dan ayrılan vinger ölkəsində qalmağa üstünlük verib.

Baba "MAS Fes"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Sarı-qaralar" 25 yaşlı ön xətt oyunçusu üçün onun klubuna 280min avro təzminat ödəyib.

Qeyd edək ki, Xalid Baba Mərakeşin əsas milli komandasının heyətində 5 oyun keçirib.

Xəbər xətti