Liam Rosenyor İngiltərəyə gəlib və yaxın vaxtlarda “Çelsi”nin baş məşqçisi olacaq.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, hazırda “Strasburq”u çalışdıran mütəxəssis artıq Londona uçub. O, bir sutka ərzində “zadəganlar”ın rəhbərliyi ilə görüşəcək və həftənin sonuna qədər rəsmi təyinat alacaq. Liqa 1 təmsilçisi isə 41 yaşlı ingilis mütəxəssisin əvəzləyicisini axtarmağa başlayıb.
Qeyd edək ki, yanvarın 1-də “Çelsi”nin baş məşqçi postunu Enso Mareska tərk edib.
saytlarin hazirlanmasi
