"Beşiktaş" "Çelsi"yə təklif göndərdi

17:04 - 5 Yanvar 2026

"Çelsi" qış transfer pəncərəsi zamanı heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Çelsi"də çıxış edən Filip Yörgensendir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Qara qartallar" danimarkalı qolkiper üçün London klubuna 1,5 illik icarəyə götürmək təklifi göndərib. "Mavilər" bu təklifə hələ ki cavab verməyib.

Qeyd edək ki, "Çelsi" Filip Yörgenseni 2024-cü ilin yayında "Vilyarreal"dan transfer edib. 23 yaşlı "əlcək sahibi" bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti