"Mançester Yunayted" baş məşqçi Ruben Amorimlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi portuqaliyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Amorim uğursuz nəticələrə görə istefaya göndərilib. 40 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Komandanı Premyer Liqanın 21-ci turunun "Börnli" ilə oyununa Darren Fletçer çıxaracaq.
Qeyd edək ki, Ruben Amorim 2024-cü ilin 11 noyabr tarixində "Mançester Yunayted"in baş məşqçisi postuna təyin olunmuşdu. "Qırmızı şeytanlar" bu mövsüm İngiltərə Premyer Liqasında 21 turdan sonra 31 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
