"Zirə"nin rəqiblərindən biri bəlli oldu

10:17 - 5 Yanvar 2026

"Zirə"nin Türkiyədə keçiriləcək yoldaşlıq oyunlarında rəqiblərindən biri müəyyənləşib.

Sportal.az xəbər verir ki, Rəşad Sadıxovun rəhbərlik etdiyi kollektiv Ukraynanın "Aleksandriya" klubu ilə qarşılaşacaq.

Bu barədə Ukrayna klubunun rəsmi saytında məlumat verilib. Oyun yanvarın 16-da keçiriləcək.

Xəbər xətti