Premyer Liqa klubu 23 milyon avroya hücumçu transfer etdi

11:21 - 3 Yanvar 2026

İngiltərənin "Vest Hem" klubu heyətinə yeni hücumçu cəlb edib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Jil Visente"dən Pablo Felipeni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Çəkicdöyənlər" braziliyalı forvard üçün Portuqaliya klubuna 23 milyon avro təzminat ödəyib. 22 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Pablo Felipe bu mövsüm "Jil Visente"nin heyətində meydana çıxdığı 14 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti