Arda Turan Ukrayna klubu ilə razılıq əldə etdi

16:55 - 9 May 2025

"Eyüpspor"un ba məşqçisi Arda Turan mövsümün sonunda klubdan ayrıla bilər.

Sportal.az xəbər verir ki, türk mütəxəssis "Şaxtyor"u çalışdırmağa yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Arda Ukrayna klubunun idman direktoru Dario Srna ilə görüşüb. Tərəflər arasında razılıq əldə olunduğu bildirilir. Artıq müqavilənin son detalları müzakir olunur.

Qeyd edək ki, Arda Turan 2023-cü ilin aprel ayında "Eyüpspor"un baş məşqçisi təyin olunub. İstanbul klubu 38 yaşlı məşqçinin rəhbərliyi altında 1-ci Liqada çempionluq yaşayıb. Komanda hazırda Super Liqada mübarizə aparır və 34 turdan sonra topladığı 50 xalla turnir cədvəlinin 6-cı pilləsndə qərarlaşıb.

Xəbər xətti