"Beşiktaş" alban hücumçu üçün danışıqlara başladı

12:34 - 9 May 2025

“Beşiktaş” hücumçu axtarışlarını davam etdirir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartal” “Başakşəhər” və Polşa millisini forvardı Kşiştof Piontekin keçidini böyük ehtimalla həll edə bilməyəcək. “Başakşəhər” 29 yaşlı hücumçunu satmaq istəmədiyini “Beşiktaş”a bildirib.

Türkiyə nəhəngi bunun üçün Superliqada bu sezon effektiv çıxışı ilə diqqətləri üzərinə çəkən “Sivasspor”un forvardı Rey Manayı siyahısına daxil edib. 28 yaşlı alban forvard mövsümün sonunda “Beşiktaş”la 2 illik müqavilə imzalaya bilər.2023- cü il avqustun 22-dən “Sivasspor”da oynayan Manayın klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, bu sezon 26 görüşdə 12 qol vurub, 5 asist edib. Rey “Kremoneze”, “İnter”, “Peskara”, “Piza”, “Qranada”, “Albasete”, “Barselona”, “Spetsiya”, “Uotford” klublarının da formasını geyinib.
 

Xəbər xətti