"Konfrans Liqasını qazanmaq böyük uğur olardı”

12:49 - 9 May 2025

"Çelsi"nin kapitanı Ris Ceyms “Yurqorden” üzərində qələbəni (1:0) və Konfrans Liqasının finalına yüksəlməklərini şərh edib.

Sportal.az “TNT Sports”a istinadən xəbər verir ki, ingilis futbolçu həlledici görüşdə qalib gəlmək istədiklərini bildirib:

"Finala çıxdığımız üçün şadıq. Bu dəfə başqa turnirdə final oynayacağıq. Amma bəlkə də oyuna çıxanda bunu gözləyirdik. Bu turnirdə də qələbə qazanacağımızı gözləyirik. Hər halda, Konfrans Liqasını qazanmaq böyük uğur olardı. Buna gücümüz çatar".

Xəbər xətti