"Tottenhem"in kapitanı yarımfinal matçında oynamayacaq

16:10 - 8 May 2025

"Tottenhem" UEFA Avropa Liqası yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Budo Qlimt"in qonağı olacaq.

Sportal.az xəbər verir ki, İngiltərə klubu matça ciddi itki ilə çıxacaq. Kapitan Son Hın Min vacib görüşdə komandaya kömək edə bilməyəcək.

Cənubi Koreyalı vinger kollektivlə birlikdə Norveçə aparılmayıb.

Qeyd edək ki, "Budo Qlimt" - "Tottenhem" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Londonda keçirilən ilk oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti