Fabreqas İtaliyada ən yaxşı seçildi

16:15 - 10 May 2025

İtaliya A Seriyasında aprel ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Komo"nu çalışdıran Sesk Fabreqas ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İspan mütəxəssisin rəhbərlik etdiyi kollektiv aprel ayında keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb.

Xəbər xətti