Misli Premyer Liqasını tərk edəcək komanda müəyyənləşib.
Sportal.az xəbər verir ki, mövsümün bitməsinə 2 tur qalmış "Səbail"in elita ilə vidalaşacağı dəqiqləşib.
"Dənizçilər" 34-cü turda doğma meydanda "Zirə"yə 0:1 hesabı ilə məğlub olub. "Səbail" 9-cu pillədə qərarlaşan "Kəpəz"dən 7 xal geri qalır. İki turda bu fərqin aradan qaldırılması mümkün deyil.
Bayıl təmsilçisi növbəti mövsümdə I Liqada mübarizə aparacaq
saytlarin hazirlanmasi