"Barselona" üçün Asiya turu - minimum 15 milyon avro qazanc

00:03 - 10 May 2025

"Barselona" bu yay Asiyada hazırlıq turu keçirəcək. Turun ilkin tarixləri 21 iyul - 4 avqust aralığında planlaşdırılıb.

Sportal.az xəbər verir ki, əvvəlcə "Barselona" Yaponiyaya gedəcək və orada bir oyun keçirəcək. Daha sonra isə Cənubi Koreyaya yollanacaq və iki qarşılaşma oynayacaq.

Bütün əsas heyət üzvlərinin Asiya turuna qatılması gözlənilir, çünki onların beynəlxalq turnir öhdəlikləri olmayacaq. Turun sonunda komanda yenidən Barselonaya qayıdacaq.

Bu üç oyundan "Barselona" minimum 15 milyon avro gəlir əldə edəcək, lakin bonuslardan asılı olaraq bu məbləğ daha da arta bilər.

Xəbər xətti