Ukrayna Premyer Liqasında 28-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Çernomorets” səfərdə “Vorskla” ilə qarşılaşıb. Görüş Odessa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komandamızın üzvü meydana start heyətində çıxıb və hesab 1:1 olarkən, 80-ci dəqiqədə əvəzlənib.
“Çernomorets” bu qələbədən sonra turnir cədvəlinin son pilləsindən xilas olub. Mustafayevin komandası hazırda 21 xalla 15-ci pillədədir.
saytlarin hazirlanmasi