"Bavariya"nın futbolçusu millidə zədələndi

17:27 - 29 Mart 2023

"Bavariya"nın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Leon Qoretska sıradan çıxıb. 28 yaşlı futbolçu Almaniya milli komandasının Belçika ilə keçirdiyi yoldaşlıq oyununda (2:3) zədələnərək meydanı tərk edib. Təcrübəli fiutbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Bavariya" Leon Qoretskanı 2018-ci ilin yayında "Şalke"dən transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti