Mahir Emreli komanda ilə məşqlərə başladı

20:20 - 29 Mart 2023

Türkiyənin "Konyaspor" klubunda çıxış edən Mahir Emreli zədəsini tam sağaldıb.

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu bu gün komanda ilə birlikdə məşqdə iştirak edib. Bu barədə "ağ-yaşıllar"ın rəsmi saytı məlumat yayıb. Millimizin forvardı Super Liqanın 27-ci turunun "Ümraniyespor"la səfər matçında oynaya biləcək.

Qeyd edək ki, "Ümraniyespor" - "Konyaspor" qarşılaşması 2 mart tarixində Bakı vaxtilə saat 14:30-da baş tutacaq.

Xəbər xətti