Tanınmış məşqçi bu klubla anlaşdı

16:35 - 15 Aprel 2023

Yunanıstanın "Olimpiakos" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, Pirey təmsilçisi Cennaro Qattuzo ilə anlaşıb.

Müqavilənin şərtləri barədə geniş məlumat verilməyib. 

İtaliyalı mütəxəssis "Palermo", "OFİ Krete", "Piza", "Milan", "Napoli" və "Valensiya" klublarını çalışdırıb.

Xəbər xətti