Şahruddin Məhəmmədəliyev: "Uşaqlar siqaret çəkirdilər, içirdilər, mən atamdan çox qorxurdum"

11:49 - 1 İyun 2023

Azərbaycan milli komandasının və "Qarabağ"ın qapıçısı Şaxruddin Məhəmmədəliyev Rusiya mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, "Чемпионат" portalına danışan qolkiper Mahaçqaladakı uşaqlığından, Moskvada keçən gəncliyindən danışıb:

"Mən 1994-cü ildə anadan olmuşam, ona görə də Mahaçqala haqqında çox şey xatırlamıram. Biz orada yaşayanda hər şey yaxşı idi. Dağıstan küçəsi üçün döyüşlər, çəkişmələr normaldır. Valideynlərim məni tez-tez evdən çölə buraxmırdı. Müəyyən bir müddətə qədər "qapalı" böyüdük. Amma böyüyəndə məktəbə gedirsən, özünü müdafiə etməyi bacarmalısan. Təbii ki, davalar da olurdu. Dağıstanda bunsuz ümumiyyətlə mümkün deyil. Moskvada gəncliyim? Kimin sınaqları olmur? Əlbəttə var idi. Amma gecə klubları mənlik deyildi. Komandadakı uşaqlar siqaret çəkirdilər, içirdilər, mən atamdan çox qorxurdum. Başa düşürdüm ki, atam məni Moskvaya göndərib, Dağıstanda işləyir ki, mən burada inkişaf edim, yetişim. Xalam və dayım da çox kömək olurdular. Bu müddətdə mənimlə səbirli olduqları üçün onlara təşəkkür edirəm. İki il onlarla yaşadım. Sonra valideynlərim Mahaçqaladakı evi satıb yaxın olmaq üçün Moskvada mənzil aldılar. Atam birdən çox müsahibədən keçməli oldu. Axı, Qafqaz millətindən olan insanlar üçün Moskvada iş tapmaq asan deyil. Amma o, öz sahəsinin böyük mütəxəssisi, vergilər sahəsində ağıllı insan olduğu üçün ona bir az asandı".

Məhəmmədəliyev gənclikdə rəqabət apardığı həmyaşıdlardan hansının indi də peşəkar futbolda olduğunu qeyd edib: "Qapıçılardan - Selixov. O, "Spartak"da heç ikinci deyildi - üçüncü qapıçı idi. Sonra Oryola qayıtdı, ikinci liqada oynamağa başladı, yetkinləşdi, “Amkar”a, oradan isə “Spartak”a keçdi. Vanya Konovalov da “Spartak”da idi. Amma nə Selixov, nə də Konovalov gənclərdən ibarət yığmaya çağırıldı. Dəvət olunanlar isə sonradan oynamadılar".

Xəbər xətti