Premyer Liqaya vəsiqə qazanmış klub "Neftçi"nin futbolçusu ilə danışıq aparır

11:15 - 6 İyun 2023

Premyer Liqada oynamaq haqqı qazanan "Araz Naxçıvan" heyətini gücləndirmək üçün bir neçə futbolçu ilə danışıqlara başlayıb.

Sportal.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi "Neftçi"nin yarımmüdafiəçisi Turan Vəlizadə ilə maraqlanır. Yola saldığımız mövsümü "Turan Tovuz"da icarə əsasında çıxış etmiş yarımmüdafiəçinin adıçəkilən komandaya qayıtmayacağı dəqiqləşib.

"Araz Naxçıvan" isə Vəlizadəni maliyyə məsələsində razı salarsa, onu heyətinə qatacaq. Xatırladaq ki, son mövsüm birinci divizionda iştirak etmiş Naxçıvan klubu çempionluq yaşayaraq Premyer Liqaya vəsiqə qazanıb.

Xəbər xətti