"Səbail" millimizin üzvünü transfer etdi

17:11 - 14 İyun 2023

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Qəbələ"dən ayrılan qapıçı Səlahət Ağayevi rənglərinə bağlayıb. Bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb. Azərbaycan milli komandasının üzvü yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Səlahət Ağayev "Səbail"in 4-cü transferidir. Premyer Liqa təmsilçisi daha əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov və Rüfət Abdullazadəni heyətinə qatıb.

Xəbər xətti