Bakı klubundan göndərilən legioner: "Onlar qədər mənə də şans verilsəydi, özümü göstərərdim"

14:31 - 17 İyun 2023

"Komandada qalmamağım nə ilə bağlıdır? Mürəkkəb məsələdir. Bunu məşqçilər daha yaxşı bilər. Çünki onlar mənə oynamaq şansı verməməklərinin səbəbini daha yaxşı bilirlər. Onların öz problemləri və qərarları var idi. Bu, karyeramı geriyə saldı, amma heç nə olmaz. Həyat belədir. Ola bilsin ki, bu komandada oynamaq mənə qismət deyildi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Luvaqo Kizito deyib. Yayda "Səbail"lə müqavilə imzalamış anqolalı bir neçə gün əvvəl komandadan göndərilən oyunçular sırasında oldu. Forvard Bayıl klubundakı və ümumilikdə Azərbaycandakı karyerasını dəyərləndirib:

"Səbail"də oynamaqa vaxtım olmadı. Amma mənə də komanda yoldaşlarıma verilən qədər şans verilsəydi, özümü göstərərdim. Təbii ki, bu komandada karyeram yaxşı alınmadı. Azərbaycandan təkliflərim yoxdur. Bu, meydanda az olmağıma görədir. Bir çox futbolçularla yolların ayrılmasına gəlincə, məşqçinin öz komandasının necə oynamaq istədiyi bir üslubu var və ona uyğun da oyunçuları seçir. Hər şeyi daha yaxşı bilən məşqçidir".

Sonda isə anqolalı Premyer Liqada "Qarabağ"ın hegemonluğuna münasibət bildirib: "Düzü, Azərbaycan oynamaq üçün əla yerdir. Premyer Liqa da yaxşı səviyyədədir. Ümid edirəm ki, bir gün hər şey dəyişəcək və təkcə “Qarabağ” deyil, həm də “Səbail”i dominant qismində görəcəyik".

Mirbağırağa

Xəbər xətti