Millimizin sabiq üzvü Premyer Liqaya qayıdır

13:42 - 28 İyun 2023

Son mövsümü "Kəpəz"in əvəzedici komandasında keçirmiş Elnur Cəfərov Premyer Liqada oynaya bilər.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov 26 yaşlı vingeri əsas komandaya cəlb edib. Azərbaycan milli komandasının sabiq üzvü məşqçilər korpusunun etimzadını qazansa, komandada qalacaq.

Qeyd edək ki, Elnur Cəfərov karyerası ərzində "Xəzər Lənkəran", "Tondela" (Portuqaliya), "Duqopolje" (Xorvatiya), "Neftçi", "Keşlə" (indiki "Şamaxı"), "Sumqayıt-2" və "Qaradağ Lökbatan"da çıxış edib. O, Azərbaycan millisinin heyətində 1 matçda meydana çıxıb.

Xəbər xətti