"Kəpəz"in forvardı: "Çox klubdan təklifim var"

13:49 - 1 İyul 2023

2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasının tapıntılarından olan Abdulla Şuaybunun yeni mövsümə hansı komandada başlayacaı hələ də maraqla gözlənilir.

Sportal.az xəbər verir ki, nigeriyalı forvard Gəncə klubundakı effektiv çıxışı ilə həm Azərbaycan, həm də xarici klubların diqqətini cəlb edib. 21 yaşlı futbolçunun hətta İtaliya və Xorvatiya klublarının transfer siyahısında olduğu da iddia edilir. Şuaybunun özü saytımıza açıqlamasında "Kəpəz"də qalıb-qalmayacağı ilə bağlı verilən sualı bu cür cavablandırıb:

"Hər zaman hər şeyi Allaha həvalə edirəm. İndi də, belədir. Özüm də, nəyin-necə olacağını, qalıb-qalmayacağımı bilmirəm. Çox klubdan təklifim var. Lakin dediyim kimi, hər şeyi Allaha həvalə etmişəm, xeyirlisinə çalışacam. Ümidvaram ki, hər şey yaxşı alınacaq".

Əlavə edək ki, Şuaybunun “Kəpəz”lə daha bir illik müqaviləsi qüvvədədir.

Mirbağırağa

Xəbər xətti