"Zirə" "Kəpəz"i məğlub etdi

21:45 - 14 İyul 2023

“Zirə” yay təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi bu gün "Kəpəz"lə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, yeni mövsümə hazırlıq çərçivəsində "Zirə"nin ilk oyunu olub. "Kəpəz" isə bundan öncə "Səbail"ə 1:2 hesabı ilə məğlub olub.

Xəbər xətti