"Çelsi"nin sabiq futbolçusu Premyer Liqaya qayıtdı

17:51 - 23 İyul 2023

"Torino"nun müdafiəçisi Ola Aina "Nottingem Forest"ə keçib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla "1+1" şərti ilə müqavilə imzalanıb.

"Nottingem Forest” onun üçün pul ödəməyib. Çünki 26 yaşlı futbolçu İngiltərə klubuna azad agent kimi keçib.

İngiltərənin U-20 yığmasında oynamış, hazırda Nigeriya millisinin üzvü olan Ayna "Çelsi"nin yetirməsidir. Futbolçu əvvəllər “Fulhem” və “Hall Siti”də icarə əsasında çıxış edib.

Xəbər xətti