"Kəpəz"dən "Səbail"ə 4 qol

21:50 - 25 İyul 2023

2023/2024 mövsümünün hazırlığını davam etdirən "Kəpəz" yoxlama matçında qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi "Səbail"in əvəzedici heyəti ilə üz-üzə gəlib. Qarşılaşma Azər Məmmədovun yetirmələrinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Kəpəz"in heyətində Junior Martins dubl edib. Digər qolları isə Abdullahi Şuaybu və Ehtiram Şahverdiyev vurub.

Xəbər xətti