Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, XXXII turun “Sumqayıt” – “Qarabağ” matçında baş verib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib. Bu, çempionatın arxada qalan hissəsi üçün ən yüksək göstəricidir.
Buna qədər rekord “Sumqayıt” – “Neftçi” matçına təsadüf etmişdi. XXI turun qarşılaşmasında 8100 seyrçi qeydə alınıb.
Qeyd edək ki, “Sumqayıt” ev matçında 1:0 hesablı qələbə qazanıb.
saytlarin hazirlanmasi