"Kəpəz"in legioneri: "Gəncədə oynamaq rəqiblər üçün çətindir"

11:50 - 5 Avqust 2023

"Kəpəz" Azərbaycan Premyer Liqasının ilk turunda doğma meydanda "Neftçi"ni qəbul edəcək.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin futbolçusu Junior Martins Azərbaycan derbisindən öncə klubun mətbuat xidmətinə açıqlama verib. Braziliyalı vinger komandanın mövsümə yaxşı hazırlaşdığını bildirib:

"Ötən mövsüm də komandanın heyətində çıxış etmişəm. İndi də kollektivdə yer almışam. Buna görə də xoşbəxtəm. Çempionata hazırlığımız yaxşı keçib. Oyunlar və azarkeşlərimiz üçün darıxmışıq. 

Çempionatda güclü komandalar yer alıb. "Qarabağ", "Neftçi", "Sabah" kimi iddialı rəqiblər var. Digərləri də güclüdür. Amma bizi də hesabdan silmək olmaz. İlk turda "Neftçi" ilə qarşılaşacağıq. Doğma meydanda azarkeş amili üstünlüyümüzdür.

Yenidən Gəncədə çıxış edəcəyik. Burada oynamaq bizim üçün asan, rəqiblər üçün çətindir. Çünki, bizi dəstəkləməyə çoxlu azarkeş gəlir. Bu mövsümdə də fanatlarımıza güvənərək meydana çıxacağıq".

Xəbər xətti