"Qalatasaray"dan ayrılan hücumçu Yaponiya klubunda

17:20 - 8 Avqust 2023

"Qalatasaray"dan ayrılan Bafetimbi Qomisin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, fransalı forvard karyerasını Yaponiyada davam etdirəcək. 38 yaşlı hücumçu "Kavasaki Frontale"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Bafetimbi Qomis son mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti