İngiltərə Premyer Liqasını Azərbaycanda bu kanal yayımlayacaq

11:35 - 11 Avqust 2023

Futbol üzrə İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünü Azərbaycanda canlı yayımlayacaq kanal müəyyənləşib.

Sportal.az xəbər verir ki, çempionatı ölkəmizdə "İdman TV" canlı olaraq nümayiş etdirəcək. Bu barədə telekanala rəhbərlik edən Rövşən Binnətli açıqlama yayıb. O, sosial şəbəkə hesabında bu sözləri qeyd edib:

“İngiltərə Premyer Liqası “İdman TV”-də!

Milli çempionatların tacı sayılan əsrarəngiz mübarizədən, təbii ki, azarkeşi olduğunuz komandanın oyunundan zövq almaq arzusu ilə…”

Xəbər xətti