"Kəpəz" "Zirə" ilə matça itkilərlə çıxacaq

19:05 - 12 Avqust 2023

"Kəpəz" Premyer Liqanın II turu çərçivəsində "Zirə" ilə səfərdə keçiriləcək oyuna itkilər ilə çıxacaq.

Sportal.az xəbər verir ki, ötən həftə məşqlərin birində zədələnən kapitan Vurğun Hüseynov zədəsini sağaltmadığından görüşü buraxacaq.

Elmir Tağıyev isə cəzalıdır. "Səbail"dən icarəyə götürülən yarımmüdafiəçi ötən mövsüm müqavilə ilə məxsus olduğu komandanın heyətində 4 oyun cəzalandığından diskvalifikasiya müddəti hələ başa çatmayıb.

Qeyd edək ki, "Zirə" - "Kəpəz" oyunu saat 21:00-da başlayacaq.

Xəbər xətti