İtaliya milli komandasının baş məşqçisi postundan ayrılan Roberto Mançininin yeni iş yeri müəyyənləşir.
Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanında çalışacaq. Bu barədə ərəb mətbuatı məlumat yayıb.
Mançini Səudiyyə Ərəbistanı milli komandasını çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanacaq.