Bölgə klubu "Araz-Naxçıvan"ın futbolçusunu transfer etdi

17:17 - 14 Avqust 2023

I Liqada mübarizə aparacaq "İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Premyer Liqada çıxış edən "Araz-Naxçıvan"dan Həzrət İsayevi sıralarına qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İmişli" bundan əvvəl "Qaradağ Lökbatan"dan Nihad Tamazov, "Sumqayıt"dan Xəzər Mahmudov, "Qarabağ"dan Rəhim Cəfərli və Ayxan Arazlını heyətinə qatıb.

Xəbər xətti