İngiltərənin "Liverpul" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi "Sauthempton"da çıxış edən Romeo Laviadır.
"Liverpul" 19 yaşlı yarımmüadafiəçi üçün klubununa göndərdiyi 55 milyon avroluq təklifi 60 milyon avroya yüksəldib. Artıq klublar arasında razılıq əldə olunub. Belçikalı futbolçu Mersisayd təmsilçisinin şərtlərini qəbul etsə, transfer rəsmiləşəcək.
Qeyd edək ki, "Sauthempton" Romeo Lavianı ötən ilin yayında "Mançester Siti"dən transfer edib. Gənc oyunçu komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.